Bu məqalə Azərbaycan və türk dünyası ölkələri arasındakı münasibətlərdə mədəni irs və geosiyasi proseslərin əlaqəsinin öyrənilməsinə həsr olunub. Məqələdə ümumi mədəni məkanın əsasını təşkil edən tarixi köklər, dil, ədəbi və ənənəvi əlaqələr, eləcə də siyasi və iqtisadi inteqrasiyanın müasir aspektləri təhlil edilir. Coğrafi mövqeyi və enerji resursları regional proseslərin dinamikasına mühüm təsir göstərən Azərbaycanın strateji tərəfdaş kimi roluna xüsusi diqqət yetirilir. Məqalədə milli kimlik və regional təhlükəsizlik məsələlərinə müqayisəli təhlil və nəzəri yanaşmalardan istifadə edilərək, ortaq mədəni təməlin türk dünyası ölkələri arasında diplomatik və iqtisadi əlaqələrin möhkəmlənməsinə necə töhfə verdiyini araşdırılır.
Türk dünyası, mədəni irs, geosiyasət, regional əməkdaşlıq, milli kimlik