Abstract


Anglo-Russia Conflict for the Caucasus in the 19th Century

Bəşər sivilizasiyanın ən qədim və zəngin mərkəzlərindən biri olan, özünün unikal coğrafi mövqeyi ilə seçilən, müxtəlif dinlərin, dillərin, etnosların sivilizasiyaların yanaşı mövcud olduğu Qafqaz lap qədim dövrlərdən fövqəl dövlətlərin nəzər-diqqətini cəlb etmişdir. Tarixin ilk çağlarında Şərq, daha sonra isə Qərb dövlətləri Qərblə-Şərqin, Şimalla-Cənubun kəsişdiyi nöqtədə yerləşən Qafqaza daim maraq göstərmişlər. XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən isə region uğrunda İngiltərə-Rusiya diplomatik qarşıdurması kəskin xarakter almış və bu qarşıdurma Çar Rusiyasının müvəqqəti tarixi qələbəsi ilə nəticələnmişdir. İstər Çar Rusiyasının, istərsə də Sovet Rusiyasının və istərsə də bu günkü Rusiya Federasiyasının anti-Qafqaz siyasətinə qarşı Qafqaz xalqları daim müqavimət göstərmiş və bu gün də göstərməkdədirlər. B.Napoleon yazırdı ki, “Süngü ilə bütün dünyanı fəth etmək olar, amma süngünün üzərində çox oturmaq olmaz”.



Keywords

Açar sözlər: Qafqaz xalqları, imperiya, antik, Ost-Hind, dekabristlər, aktorlar.


Kaynakça