Abstract


Linguistic Psychological Analysis of Speech of Young Children

Bu tədqiqat işində Psixolinqvistika elmi, uşaq nitqinin psixolinqvistik aspektdə təhlili onun linqvo-psixoloji mahiyyəti qeyd edilmişdir. Uşaq nitqinin dilçilik elmində linqvistik təhlili həm gənc həm də qədim hesab edilə bilər. Uşaqlarda danışıq prosesinin necə yaranması, həmçinin danışma mərhələləri əsrlər boyunca bu sahədə tədqiqat aparan dilçi alimlərin tədqiq obyektinə çevrilmiş, 19-cu əsrin ortalarından daha da güclənməyə başlamışdır. Uşaqlarda dili qavrama nümunələrinin təsviri bizi dilin strukturu haqqında biliklərlə zənginləşdirir, belə ki, dil vahidlərinin və kateqoriyalarının mənimsənilməsi ardıcıllığı digər vahidlərlə uyğunluq xüsusiyyətlərinin aşkarlanmasında mühüm rol oynayır. Məqalədə nitq situasiyaları, uşağın davranışı, onun ətrafındakı dünyanı qavraması xüsusiyyətləri, uşaqların marağının müxtəlif təzahürləri, mücərrəd düşünmə qabiliyyətlərinin inkişafı, necə yaranması təsvir edilmişdir. Uşaq nitqində fərdi və ümumi tərəflər, ətraf mühitin dilə təsiri, dil və nitq fəaliyyəti, uşaqlar tərəfindən necə mənimsənilməsi əsas tədqiqat obyektidir.



Keywords

Uşaq Nitqi, Dil, Linqvo-Psixoloji Nitq.


Kaynakça