Abstract


Linguocultural Characteristics of Phraseological Units in the Language of N. Vazirov

XIX əsr Azərbaycan ədəbi dili inkişafında N.Vəzirovun mühüm rolu vardır. Sənətkarın dilinin poetikliyi xalq ifadələrinə, atalar sözlərinə, məsəllərə, frazeologizmlərə geniş yer verməsi ilə izah olunur. Müəllif fikrin qüvvətli, təsirli və emosional ifadə etmək üçün həm söz birləşməsi, həm də cümlə konstruksiyalı frazeoloji vahidlərə rasr gəlinir. Müəllifin əsərlərində daha çox söz birləşməsi formalı frazeologizmlər, ismi və feili fazeoloji vahidlər işlənmişdir. N.Vəzirov əsətrlərinin dilini daha canlı etmək üçün somatik frazeoloji vahidlərdən də geniş şəkildə istifadə etmiş, yeri gəldikcə özü də üslubi sabit birləşmələr yaratmış, teatr üçün yazdığı əsərlərin dilinin sadəliyinə çalışmış, ədəbi dili xalq dilindən gələn ifadələrlə zənginləşdirmişdir. Ədib dövrünün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaratmaqla yanaşı, dramaturgiyamıza yeni ictimai-fəlsəfi çalar, janrlar gətirdi ki, bunlar da yeni üslub və dil fərdiliyi ilə reallaşdı.



Keywords

Azərbaycan dili, N.Vəzirov, söz birləşmələri, frazeoloji birləşmələr, somatizm


Kaynakça