Mənəvi mədəniyyətin öyrənilməsi vacib olan sahələrindən biri də qədim dini etiqadlar və xalq inamlarıdır. Ona görə də onların öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Qafqazın türk xalqlarının tarixi etnoqrafiyasının, maddi və mənəvi mədəniyyətinin, adət-ənənələrinin və s. öyrənilməsi həmişə aktual olmuşdur və bu gün də öz aktuallığını saxlayır. Bu mövzunu aktuallaşdıran əsas məsələlərdən biri də Şimali Qafqazın türk xalqları ilə digər türk xalqlarının mədəniyyətləri arasındakı oxşarlıqların ilk dəfə qarşılaşdırılması və öyrənilməsidir. Eynilə Şimali Qafqazın türk xalqlarının mənəvi mədəniyyətində də ağac kultu, ağaca inamla bağlı çoxlu faktlara rast gəlmək mümkündür. Əsas məqsəd əldə etdiyimiz məlumatları paralellər aparmaqla təhlil etməkdən ibarətdir. Türk xalqının zəngin inanc sistemi olmuşdur. Tarixi çox qədim dövrlərə gedib çıxan bu inanc və etiqad sisteminin təhlili türk xalqının mənəvi mədəniyətinin bu sahəsi haqqında dolğun təsəvvür yaradır.
Türk, Azərbaycan, tanrı, ağac, inam.