Xülasə: İnkarlıq dildə təşəkkül tapan anlayışlı düşüncə kateqoriyasıdır..O, dilin bütün səviyyələrində həm eksplisit, həm də gizli implisit formada ifadə oluna bilər.Bu onunla izah oluna bilər ki, inkarlıq kateqoriyasına xas olan imkanlar inkarlığın kompleks ifadə edilməsini mümkün edir (leksik,morfoloji və sintaksik, semantik və prosedik və s). İfadə nitqlərinin yaranmasında və dərk edilməsində mühüm rol oynayan .İmplisit məna verbal olaraq ifadə olunmuş danışığın məzmununun və kommunikantların koqnetiv mühütünün stimul-kontekst-interpritasiya prinsipi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. İmplisit inkarlığı olan konstruksiyaların mənfi mənasının dərk edilməsində (başqa sözlə mənfi implikaturanın önə çıxarılmasında) intonasiya,, ümumən kontekst,sözlərin ardıcıllığı,, habelə ekstralinqvistik faktorların: nitq şəraiti,status,yaş,cinsiyyət,mədəniyyət səviyyəsi və kommunikasiya iştirakçılarınn qeyri linviqstik təcürbələrinin, yəni koqnetiv mühütün xüsusi rolu vardır. Dialoq danışıq nitqlərində implisitlik səviyyəsi ona görə daha yüksəkdir ki,nitq aktının iştirakçılarını eyni şərait və pertseptiv-assotsiativ baza birləşdirir, burada çox şeyi “sətir arası” demək mümkündür.Müvafiq olaraq,implisit inkarlıq hallarına daha çox məhz dialoqlarda rast gəlinir. Danışıqlarda implisit inkarlıq dialoqun cavab replikasında istifadə olunur ki,bu da ifadənin emosiya parlaqlığını dahada gücləndirmək məqsədi güdür. Bu halda iki mənfi cavab ola bilər ki, onlarda da inkarın məzmunu tamamilə fərqlidir: 1) əvvəlki replikada olan informasiyanın inkar edilməsi, yaxud əvvəlki ifadə ilə razılaşmamaq, 2) kommunikasia prosesində iştirak edən digər iştirakçıların mənfi qiymətləndirmələri. Belə bir fikir də söyləmək olar ki, özünün ekspressivliyinə gorə implisit inkarlıq cümlədə həmişə parlaq və nəzərə çarpan olsa da, sözdə olan implisit inkarlıq (semantik mənfi qiymətləndirmə) çox vaxt inkar kimi başa düşülmür. Əgər inkarlığın gizli formada ifadə olunmasında və mətnin dərk edilməsində həlledici rol intonasiya,söz ardıcıllığı,ümumən kontekst, ekstralingvistik faktorlara ayrılırsa, sözdə olan implisit inkarlıq birbaşa obyektiv rellığın müxtəlif dil formasında dərk edilməsi ilə bağlıdır. Nitqlərdə və danışıqlarda olan xarakterik implisi inkarlıq halları təhlil edilmiş, müvafiq olaraq misallar gətirilmişdir. Başqa dillərdən azərbaycan dilinə tərcümələr məzmuna uyğun olaraq tərəfimizdən aparılmışdır.
Açar sözlər:implisit inkarlıq, implisit məna, implikatura,intonasiyalı frazelogizmlər, entimema, koqnetiv mühüt, söz ardıcıllığı, leksik təkrarlar,kontekst.