Abstract


A Perspective on the Issues of a Common Language and a Common Alphabet

Məlumdur ki, dünya dilləri öz quruluşu, lüğət tərkibi və s. ilə fərqlənir. Hər hansı bir xalqın tarixini öyrənmək üçün tədqiqatçı həmin xalqın tarix boyu gəldiyi yolla geri qayıtmalı olur. Keçmişin izi təkcə keçmiş mənbələrdə deyil, çağdaş qaynaqlarda da mövcuddur: özündə etnik atribut və stereotipləri qoruyan etnoqrafiyada, xalq yaddaşında, dildə və dialektlərdə, mifologiya və folklorda keçmişə işıq tutan bəlgələr milli qaynaq kimi öyrənilir. Orta əsrlər Azərbaycan türkçəmizin gəldiyi inkişaf yoluna nəzər salsaq, görərik ki, XIII-XIV əsrlərdə yaranmış ilk anadilli yazılı abidələrimizin bir qismi başlıca olaraq Şərqi Anadoluda və Şərqi Anadoluya həmsərhəd ərazilərdə meydana çıxmışdır. Danılmaz faktdır ki, ortaq ünsiyyət vasitəsi kimi Azərbaycan türkçəsi çar Rusiyası dönəmində də Qafqazda, İranda yaşayan başqa dilli xalqların ikinci ünsiyyət dilinə çevrilmişdir. Təbii ki, rusların idarəçiliyi bu torpaqlarda artdıqca, bilinqvizm durumunda Azərbaycan türkçəsinin yerini rus dilinin tutması elə də uzaq tarix deyil. bir sıra alimlər türklər üçün ortaq əlifba məsələsində aparıcı olaraq, sırf dini ortaqlıq müstəvisindən yanaşıb ərəb qrafalı əlifbanı üstün tuturdular, bir sıra alimlər isə, ortaq əlifba məsələsində sırf latın qrafalı əlifbanın qəbul edilməsinin zəruriliyini müdafiə edirdilər. Bildiyimiz kimi, dilçilikdə elə məsələlər var ki, siyasi mahiyyət daşıyır və buna görə də dilçilikdə, dildə nəyinsə qəbul edilməsində və ümumiyyətlə onun tədqiqində zamana ehtiyac var.



Keywords

Türk əlifbası, türk dili, qaynaq, ortaq əlifba, ortaq dil, dil ailəsi, türkologiya


Kaynakça