Dilin qrammatik quruluşunda önəmli yer tutan, hər dilin öz daxili qayda-qanunları əsasında təzahür edən hal kateqoriyası dildə sözlər arasında əlaqə yaratmağa və cümlənin formalaşmasına xidmət edir. Məlumdur ki, türk dillərində hal kateqoriyası, əsasən, halların sayına və şəkilçilərdəki variantlılığa görə bir-birindən fərqlənir. Məqalədə qıpçaq tükcəsindəki hal kateqoriyası barədə, həmçinin onun qrammatik göstəriciləri ilə bağlı məlumatlar öz əksini tapmışdır. Qıpçaq türkcəsinin bir abidəsi olan “Kodeks kumanikus”dakı ismin hal kateqoriyasını araşdırdıqda burada müasir Azərbaycan dili ilə müqayisədə müəyyən fərqli cəhətlərin olduğunu müşahidə etdik. Oxşarlıqlar, əsasən, həm morfoloji, həm də funksional xarakter daşıyır. Müasir Azərbaycan dilində ismin hal kateqoriyaları ilə fərqli xüsusiyyətlər “Kodeks kumanikus”da hal sayının çoxluğu, şəkilçilərin variantlığı, həmçinin sait ahənginin, xüsusən də dodaqlanan saitlərin ahənginin pozulması ilə bağlıdır.
“Kodeks kumanikus”, hal kateqoriyası, isim, qrammatik quruluş.