Abstract


The Development Process of Compound Words in the Northern Kipchak Language

Bu məqalədə şimal qıpçaqcasına aid “Codex Cumanicus” (XIII-XIV əsrlər) və qıpçaq-qriqorian mətnlərinin (XVI-XVII əsrlər) dil materialları əsasında qıpçaq dilində mürəkkəb sözlərin ümumi mənzərəsi verilmiş və bu beş əsr ərzində mürəkkəbləşmə hadisəsinin inkişaf dinamikası araşdırılmışdır. Mürəkkəbləşmə hadisəsi əsas çərçivəsini qorumaqla yanaşı, sosio-mədəni amillərin də təsiri ilə öz əhatəsini genişləndirmişdir, yəni yeni nümunələrlə zənginləşmişdir. Əsas nəticə odur ki, qıpçaq türklərinin bir qismi qriqorianlığı qəbul edib bu məzhəbə aid dini və hüquq mətnlərini türkcəyə çevirsələr də, buna paralel olaraq dini məzmunlu alınma sözlər (şəxs adları və dini terminlər) götürsələr də, bu tip alınma leksika mürəkkəbləşmə prosesində demək olar ki iştirak etməmişdir. Amma ərəb-fars mənşəli sözlərin mürəkkəb sözlərin əmələ gəlməsində iştirakına dair müəyyən qədər nümunə vardır. Xülasə, nə erməni dilinin qrammatik sistemi, nə də leksik vahidləri türkcədə mürəkkəbləşmə prosesində özünü göstərə bilmişdir. Digər tərəfdən inkişaf dinamikasında nəzərə çarpan xüsusiyyət QQM-də mürəkkəb söz tiplərinin və nümunələrin çoxluğudur. Belə ki, QQM “Kodeks”dəki bütün mürəkkəb söz tiplərinə dair nümunələr ehtiva etməklə yanaşı, bizə yeni strukturlar da təqdim edir.



Keywords

“Kodeks Kumanikus”, mürəkkəb söz, qıpçaq-qriqorian mətnləri, inkişaf dinamikası


Kaynakça