Məqalədə müxtəlifsistemli dillərdə -ki şəkilçi formaları araşdırılır. Qeyd olunur ki, nitqdə bəzi sözlər ilkin, nominal mənası ilə işlənir. Lakin bir sıra hallarda nitq prosesində birdəfəlik ehtiyacları ödəmək üçün müxtəlif adlar ilkin mənası ilə işlənməyə də bilir. Onlar fərqli dəyişkənliklərə uğrayaraq keçici və ya müvəqqəti xarakter daşıyaraq mücərrədlilik fonunda mücərrəd əşya və ya əlamət mənası qazanır və həmin bu məna ilə də çıxış edirlər. Bu kimi adlar nitqdə və nitq daşıyıcılarının yaddaşında hazır formada olmur. Onlar hər dəfə ehtiyac yarandıqda nitq daşıyıcıları tərəfindən fərdi şəkildə yaranaraq istifadə olunur. -ki şəkilçisi ilə yaranmış formalar situativ, müvəqqəti və ya keçici nitq ehtiyacının ödənilməsinə xidmət edən okkazional formalardır
Situativ, Okkazional Forma, Nitq Daşıyıcıları