Abstract


Osce Shuttle Diplomacy

Təqdim olunan məqalə Avropa təhlükəsizliyinin təmin olunmasında vasitəçilik və danışıqlar siyasətinə, böhranlı halların idarə olunmasında və münaqişələrin nizamlanmasında ATƏT-in apardığı siyasətə retrospektiv yanaşmanı özndə əks etdirir. Məqalədə keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunun fəaliyyəti, həmsədr dövlətlərin siyasəti, beynəlxalq təşkilatlar arasında münasibətlər nəzərdən keçirilir. Soyuq müharibə dövrünün başa çatmasından bu günə qədərregional münaqişələrin həllinə yanaşmalardakı vəziyyət, ümumavropa təhlükəsizliyinə təhdidlər, beynəlxalq hüququn pozulması, üzv-tərəfdaş dövlətlərə münasibətdə ayrı-seçkilik diqqətə çatdırılır. Məqalədə eyni zamanda ATƏT-in digər regional münaqişələrin həlli istiqamətində apardığı siyasəti nəzərdən keçirir. Dnestryanı münaqişənin nizamlanmasına dair beştərəfli danışıqlar, Gürcü-osetin münaqişəsinin nizamlanmasına dair müzakirələr, eyni zamanda Ukrayna böhranının həlli ilə bağlı məsələlər araşdırılır.



Keywords

Məkik diplomatiyası, təhlükəsizlik, ATƏT, Minsk qrupu, vasitəçilik


Kaynakça