Abstract


Theme of Bektashısm in the Work of Abdulbagı Golpınarlı: Hıstory, Nature and Specıfıc Characterıstıcs

Türkiyənin ədəbiyyat tarixçiləri arasında orijinal fikirli tədqiqatçı kimi tanınan Ə.Gölpınarlı çoxşaxəli yaradıcılıq istiqamətlərinə malikdir. Bu çoxşaxəliliyin içərisində bəktaşilik mövzusunun da xüsusi önəmi vardır. Çünki Türkiyədə Ə.Gölpınarlıya qədər həmin mövzuda sistemli araşdırmalar yox deyilə biləcək səviyyədə idi. O, tədqiqatları ilə bu ətalətə son qoymuş, bəktaşiliyin mahiyyəti, prinsipləri, tədqiqi, spesifik xüsusiyyətləri barədə ətraflı məlumat vermişdir. Mövzunun müqayisəli araşdırma kontekstində tədqiqi onun elmi əhəmiyyətini daha da artırır. O bu mövzunu müdafiə və ya tənqid üçün deyil, obyektiv təhlil məqsədilə yazmışdır. Araşdırmamız zamanı Ə.Gölpınarlının özünün də bir müddət bəktaşilərə qoşulduğu, bəktaşilikdə axtardığını tapa bilmədiyinə görə ondan ayrıldığı müəyyən edilmişdir. Məqalədə Ə.Gölpınarlının bu mövzunu faktlara, sübutlara və dəlillərə əsaslanan ciddi elmi təhlillər əsasında yazdığı da əsaslandırılmışdır. Araşdırmadan da göründüyü kimi, o, bəktaşilik mövzusunu özünəməxsus şəkildə izah etmiş, həm öz dövründə, həm də sonrakı dövrlərdə bu sahədə böyük bir boşluğu doldurmağa nail olmuşdur. Bəktaşiliyin tarixi ilə bağlı ətraflı bəhs etmiş, təhlil və tənqidlərini elmi müstəvidə əsaslandıra bilmişdir. Yeri gələndə öz fikirlərini ifadə etməkdən, əvvəllər yazılmış əsərləri tənqid etməkdən də çəkinməmiş, mövzu ilə bağlı doğru olduğu bilinən yanlışları düzəltməyə çalışmışdır.



Keywords

Əbdülbaqi Gölpınarlı, bəktaşilik, təsəvvüf, təriqə


Kaynakça