Xülasə: Məqalə Azərbaycan və İngilis dillərində nəzakət markerlərinin praqmatik aspektlərini müqayisə edir. Hər iki dil sosial qarşılıqlı əlaqələrdə harmoniya və hörməti qorumaq üçün istifadə olunan universal və mədəniyyətə xas strategiyalara malikdir. Azərbaycan dilində nəzakət markerləri, əsasən, iyerarxik münasibətlərə, ağsaqqallara və nüfuzlu şəxslərə hörmətə, həmçinin ailə bağlarına və ənənəvi dəyərlərə əsaslanır. Bu markerlər rəsmi kontekstdə daha çox istifadə olunur və kollektivizmə əsaslanır. İngilis dilində isə nəzakət markerləri daha çox qeyri-rəsmi və dəyişkən mühitlərdə sərbəstlik, aydınlıq və birbaşalıq üzərində dayanır. Hər iki dildə istifadə olunan nəzakət strategiyaları mədəni kontekstə və danışanın niyyətinə görə fərqlənir. Nəzakət markerlərinin mədəni fərqlilikləri anlamaq, mədəniyyətlərarası ünsiyyəti zənginləşdirə və qarşılıqlı hörməti artırmağa kömək edir. Hər iki dildə nəzakət markerləri nitq etiketləri, efvemizmlər, hedcinqlər, teqlər , modallıq, müraciət etiketləri, intonasiya ilə ifadə olunur və kultural qaydaları və sosial statusu əks etdirir.
Açar sözlər: nəzakət strartegiyası, praqmatika, diskurs, marker