Abstract


Scientific and Pedagogical Articles of Turkish Scientist Khalil Fikrat in the Azerbaijan Women's Press

Xəlil Fikrət Kanad XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmək üçün dövlət tərəfindən dəvət olunan türk pedaqoqlardan biridir. O, 1923-1926-cı illər ərzində Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakı Dövlət Universitetində mühazirələr demiş, dövrü mətbuatda elmi, elmi-kütləvi, elmi-metodiki yazılarla çıxış edirdi. Onun fəaliyyət göstərdiyi jurnallardan bir də Azərbaycanda ilk qadın jurnalı olan “Şərq qadını” jurnalıdır. “Şərq qadını” jurnalı ilk nömrələrindən başlayaraq analığı və körpə uşaqları mühafizə işinə aid müxtəlif məzmunlu yazılar dərc etmişdir. Jurnal səhifələrində yaslilər, uşaq baxçaları, məktəbəqədər yaşlı uşaqların fiziki, əxlaqi, əmək, idraki, estetik tərbiyəsi haqqında materiallar çap etməklə böyük pedaqoji təbliğat aparmışdır. Bu materialların böyük bir hissəsini türkiyəli pedaqoq Xəlil Fikrət Kanadın məqalələri təşkil edir. Bu pedaqoji yazılar indiyə qədər dərindən araşdırılmamışdır, bu baxımdan tədqiq olunub öyrənilməsi aktual mövzudur.



Keywords

Türk alimi, Xəlil Fikrət, “Şərq qadını” jurnalı, tərbiyə, elmi-pedaqoji əlaqələr.


Kaynakça