Abstract


The Role of the Human Factor Created By Nizami Gandjavi in the Medieval Eastern Peripatetic Philosophy

Məqalədə Türk dünyasının meşhur mütefekkiri Nizami Gencevinin orta asr şerq peripatetizm felsefesinde yaratdığı insan amilinin rolu haqqında geniş tehliller aparılaraq onun yaratdığı her bir şeir nümuneleri ehemiyyetli derecede deyerlendirilmişdir. Aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, böyük mütəfəkkirin dərin və hərtərəfli biliyə malik olması onun fəlsəfi yaradıcılığına müsbət təsir göstərmişdir. Eyni zamanda onun yaratdığı əsərlərdə fəlsəfi şeir nümunələri klassik irsimizin öyrənilməsi baxımından önəmli olmas vurğulanmışdır. Araşdırmalarda o da müəyyən olmuşdur ki, Nizami Gəncəvi orta əsr şərq peripatetizm fəlsəfəsində özünəlayiq mövqedə dayanmışdır. Onun əsərlərində verilən hər bir fəlsəfi sözlərin dil və üslubiyyat sahələri ayrı-ayrılıqda öz aktuallığı ilə seçilir, bəşəriyyətdə insan amilinin rolunun nə qədər zəruri olduğunu anladır və həmçinin gələcəkdə yeni-yeni dialektik şivələrin tədqiq olunması üçün zəruri amillərin yaranmasına imkan yaratmış olur. Aparılan araşdırmalardan məlum olur ki, görkəmli şairimiz Nizami Gəncəvinin əsərlərində özünə yer alan insan amilinin rolu fəlsəfi şeir nümunələri orta əsr şərq peripatetizmin müxtəlif aspektlərini əhatə edir, onun həyat və yaradıcılğının öyrənilməsi, mənimsənilməsi üçün zəmin yaradır və gələcək nəslin maariflənməsinə xidmət edir.



Keywords

Açar sözlər: Nizami Gəncəvi, orta əsr, peripatetik, fəlsəfə, insan.


Kaynakça