Virtual məkanı nəzərə almasaq, ailədən sonra uşaqların sosiallaşdığı geniş auditoriya məktəbdir. Ona görə də orta məktəb şagirdlərinin sosiallaşmasına təsir edən faktorlar indi əsas müzakirə mövzusudur. Uşaqların gələcəkdə cəmiyyət üçün yararlı kadrlara, faydalı şəxsiyyətə çevrilməsinin əsası məktəbdə qoyulur. Şagirdlərin dərslərdə yüksək akademik nəticələr göstərməsi, digər şagirdlərlə ünsiyyət sərhədləri, qızlar və oğlanlar arasında münasibətlərin durumu məktəb mühiti ilə çox bağlıdır. Məktəb mühiti həmçinin şagirdlərin özünəməxsusluğunun formalaşmasına təsir edən faktorlardan biridir. Şagirdlərlə müəllimlər arasındakı münasibətlər sistemi də buraya daxil olmaqla sosiallaşmaya əhəmiyyətli təsir göstərir.
Sosiallaşma, Orta Məktəb, Müəllim, Şagird, Məktəb Mühiti