Abstract


The Social-Political and Historical-Cultural Environment of Western Azerbaijan in the 17th-20th Centuries

Dünya xalqlarının tarixində köçün humanitar fəlakət (burada digər fəlakətlər də var) kimi yaşatdığı fəsadlar orta əsrlərin dərinliklərindən üzü bəri müxtəlif problemlərə, qarşıdurmalara, böyük axınlara və faciələrə yol açmışdır. Şərqdən Qərbə istiqamətlənən axınlar, eləcə də Reyn, Sena, Dunay çayı mənbələrindən Avropaya olan köçlər ucu-bucağı görünməyən qarşıdurmalara, assimilyasiyaya, işğallara gətirib çıxarmışdır. Xalqların şifahi və yazılı yaddaşına öz izini qoymuş bu proses etnokulturoloji məfkurədə bütöv məzmunu ilə geniş araşdırmaları mahiyyəti üzrə zərurətə çevirmişdir. Geosiyasi, geoiqtisadi, geomədəni, geoetnik mənzərəsi ilə eyni formulanı sərgiləyən köçlər tipoloji yanaşmalarda fərqliliklərin müəyyənlik konseptini də bir proses olaraq içində hazırlayır. Son olaraq bunlar imperiyanın işğalçılıq siyasətində özünə yer almış ideolojilərə dayanmaqla demoqrafik dəyişmələrə, coğrafi deformasiyadan etnik deformasiyaya qədər mürəkkəb bir prosesi özündə ehtiva edir. XIX-XX yüzillik boyu Azərbaycan timsalında baş verənlər bunun tipik örnəyidir və müxtəlif yanaşmalarda ortaya çıxan formul və tarixi faktlar daha mürəkkəb və həm də daha fərqli fəlakət modelini müəyyənləşdirir. Azərbaycan xalqının tarixində köçürülmə, zor gücünə öz yurd yerlərini tərk etməyə məcur edilmə, siyasi repressiyalar tarixin müxtəlif dövrlərini əhatə edir. Bu proses Çar Rusiyasının Qafqaz işğalı və 1918-ci il Azərbaycan Demokratik Respublikasının bolşevik hakimiyyəti tərəfindən işal edilməsi ilə davam etmişdir



Keywords

Köç, işğal, türklər, Türmənçay, imperiya, çar Rusiyası, Nadir şah, Qərbi Azərbaycan, oğuz


Kaynakça