Abstract


Discoursive Nature of the Translation Text

Xülasə. Məlumdur ki, insan təmasda olduğu bütün gerçək aləmi, eləcə də onun bütün əşya, varlıq və anlayışlarını tam şəkildə dərk edə bilməz. O, yalnız müəyyən bir cəhəti ilə diqqətini cəlb edən ayrı-ayrı gerçəklik vahidlərini dərk edir. Linqvo-psixoloji vəhdət nəzəriyyəsinə görə gerçəklik vahidi ilə ilkin təmas nəticəsində insanın beynində 2 elementdən ibarət olan natamam intellekt kodu yaranır. Dərketmə və təfəkkürün bu ilkin vahidi freym kimi qəbul və təqdim edilir. İnsan sosial varlıqdır və dərk etdiyi hər şey haqqında başqa insanlara informasiya vermək və ya bu haqda onlarla danışmaq ehtiyacı duyur. Gerçəklik vahidi ilə bağlı danışa bilmək üçün əvvəlcə həmin gerçəklik vahidinə ad verilir. Verilən bu ad gerçəklik vahidinin 2 elementli natamam koduna daxil olur və bunun nəticəsində həmin kod 4 elementli tam intellekt koduna çevrilir. Tam intellekt kodunun yaranması freymin konseptə çevrilmə mərhələsinin başlanğıcı hesab olunur. İnsan ikinci və sonrakı dillərə aid sözləri öyrəndikcə, həmin sözlər əsas yaddaşdakı tam intellekt kodlarına daxil olur. Bunun nəticəsində insanların yaddaşındakı tam kodların əksər qismi genişlənmiş intellekt kodlarına çevrilir.



Keywords

gerçəklik elementi, intellekt obrazı, natamam intellekt kodu, tam intellekt kodu, genişlənmiş intellekt kodu.


Kaynakça