Xülasə: Bu məqalə Halide Edib Adıvar və Virciniya Vulfun əsərlərində qadın kimliyinin necə qurulduğunu təhlil edir. Hər iki yazıçı patriarxal cəmiyyətin qadağalarına meydan oxuyaraq qadınların ədəbiyyat və intellektual sahədəki rolunu dəyərləndirməyə və təşviq etməyə çalışıb. Adıvar Osmanlıdan Cümhuriyyətə keçid dövründə qadınların millətçilik və ənənələr arasında qarşılaşdığı çətinlikləri işıqlandırır, Vulf isə 20-ci əsr Britaniyasında qadınların məruz qaldığı məhdudiyyətləri tənqid edərək onların intellektual və iqtisadi müstəqilliyini müdafiə edir. Hər iki yazarın əhəmiyyətli əsərlərinin təhlili, qadınların təhsil, azadlıq və patriarxal cəmiyyətdəki sıxıntılarla bağlı ortaq mövzularını üzə çıxarır və onların öz kimliklərini tapmaq və azadlıq yolundakı universal mübarizəsini vurğulayır.
Açar sözlər: qadın kimliyi, patriarxal cəmiyyət, ədəbiyyat, intellektual azadlıq