Məqalədə onimlərin öyrənilməsində sosio- və psixolinqvistik yanaşmanın tətbiq edilməsinin zəruriliyi əsaslandırılır, bu da linqvistik biliklərinin emalı prosesi zamanı dil şüurunun problemlərini daha dərindən başa düşməyə imkan verir.Tədqiqat müxtəlif diskurslarda presedent (tanınmış) adlarının təhlili nümunələri ilə izah olunur. Məqalədə təqdim olunan nümunələr göstərir ki, xüsusi adlar yalnız nominativ vahidlər deyil, həm də emosional və ideoloji yüklü elementlərdir. Onların qavranılması fərdi və kollektiv dəyər sistemləri ilə sıx bağlıdır. Bu da öz növbəsində, onomastik təhlillərin təkcə dilçilik deyil, həm də psixoloji və sosioloji aspektlərdən tədqiq olunmasını vacib edir. Sosio- və psixolinqvistik yanaşma yalnız mental ifadələrin deyil, həm də mətnin niyyətini müəyyənləşdirmək üçün lazım olan dəyər istiqamətləri və emosiyaların öyrənilməsini nəzərdə tutur.Çətinlik ondadır ki, eyni niyyətli mətnin bir onimi kommunikantlarda onların dəyər istiqamətlərinə görə müxtəlif emosiyalar doğura bilər.
Onomastika, onimlərin sosial və psixolinqvistik təhlili, fon bilikləri, psixolinqvistik manipulyasiya.