EVFEMIZMLƏRİN KOQNİTİV YARANMA MEXANİZMLƏRİ
(The Cognitive Formation Mechanisms of Euphemisms )

Yazar : Saida YUSİFOVA    
Türü :
Baskı Yılı :
Sayı : 12
Sayfa : 365-370
    


Özet

Euphemisms are essential linguistic tools that serve to express phrases potentially eliciting negative emotions or deemed unacceptable by society in a more softened manner. They regulate individuals' social and cultural interactions, making communication more effective and acceptable by providing polite and appropriate expressions. Understanding the cognitive foundations of euphemisms is crucial to comprehend their formation mechanisms. This article explores how euphemisms are formed within cognitive approaches and examines how the human brain approaches language.Euphemisms are linguistic devices used to soften the expression of topics considered negative or taboo in society. They minimize potential discomfort in communication by transforming coarse or harsh expressions into more polite and acceptable forms. For instance, instead of saying "died," phrases like "passed away" or "lost their life" are used to soften the impact of discussing death. Similarly, instead of "fired from a job," expressions like "staff restructuring" or "economic adjustment" are employed to reduce the negative emotional impact of the event. Euphemisms also regulate social relationships by providing expressions that align with norms of politeness, thereby enhancing mutual respect among individuals. Thus, euphemisms preserve the subtleties of language and communication, facilitating the expression of sensitive topics in a more softened and acceptable manner.



Anahtar Kelimeler

Keywords: euphemism, mechanism, cognitive, framing, method, expression



Abstract

Evfemizmlər dilin əsas ünsiyyət vasitələrindən biri olub, mənfi emosiyalar doğura biləcək və ya cəmiyyət tərəfindən qəbuledilməz hesab olunan ifadələrin yumşaq şəkildə ifadə olunmasına xidmət edir. Onlar insanların sosial və mədəni münasibətlərini tənzimləyir, nəzakətli və uyğun ifadələr təqdim edərək ünsiyyəti daha səmərəli və qəbulolunan edir. Evfemizmlərin yaranma mexanizmlərini anlamaq üçün onların koqnitiv əsaslarına diqqət yetirmək vacibdir. Bu məqalədə evfemizmlərin koqnitiv yanaşmalar çərçivəsində necə formalaşdığı və insan beyninin dilə yanaşma üsulları araşdırılacaqdır. Evfemizmlər, cəmiyyətdə mənfi və ya tabu hesab edilən mövzuların ifadəsini yumşaltmaq üçün istifadə olunan dil vasitələridir. Onlar, kobud və ya kəskin ifadələri daha nəzakətli və qəbul edilən formaya salaraq, ünsiyyətdə yaranacaq narahatlıqları minimuma endirir. Məsələn, "öldü" ifadəsi əvəzinə "rəhmətə getdi" və ya "həyatını itirdi" kimi ifadələr işlədilir ki, bu da ölüm mövzusunun təsirini yumşaldır. Eyni zamanda, "işdən çıxarılmaq" ifadəsi əvəzinə "kadr islahatı" və ya "iqtisadi vəziyyətə uyğunlaşma" kimi ifadələr istifadə edilərək, hadisənin mənfi emosional təsiri azaldılır. Evfemizmlər, həmçinin sosial münasibətləri tənzimləyərək, nəzakət normasına uyğun ifadələr təqdim edir və insanların bir-birinə qarşı hörmətini artırır. Beləliklə, evfemizmlər dilin və ünsiyyətin incəliklərini qoruyaraq, həssas mövzuların daha yumşaq və qəbul edilən şəkildə ifadə olunmasına xidmət edir.



Keywords

Açar sözlər: evfemizm, mexanizm, koqnitiv, çərçivə, üsul, ifadə